6 oktyabr 2013 18:10
Fərid Quliyev yenə oynamadı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Quliyevin çıxış etdiyi “Kahramanmaraşspor” klubu da bu gün növbəti matçına çıxıb.
Həmyerlimizin komandası evdə “Manisaspor”la qarşılaşıb. Görüş yenə bu komandanın məğlubiyyəti ilə başa çatıb.
Futbolçumuzun bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, o, yenə də heyətə düşə bilməyib.
Qeyd edək ki, “Kahramanmaraşspor” hazırda cəmi 2 xal toplaya bilib və sonuncu - 19-cu pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
8-ci tur
6 oktyabr
Kahramanmaraspor - Manisaspor - 0:1
