7 oktyabr 2013 00:01
Davud Kərimisiz Fethiyespor ev oyununda uduzdu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fethiyespor” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası evdə “Mersin İdmanyurdu” ilə qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Qapıçımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, o, bu oyunu da ehtiyatdan izləyib.
Qeyd edək ki, “Fethiyespor” geridə qalan turlarda 4 xal toplayıb və hazırda 18-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
8-ci tur
6 oktyabr
Fethiyespor – Mersin İdmanyurdu - 0:1
