7 oktyabr 2013 00:12
Arif İsayev və Saşa Yunisoğlu oynadı, Dənizlispor bir xal qazandı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Dənizlispor” klubu da növbəti matçına çıxıb.
Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda evdə “Adanaspor”la qarşılaşıb. Görüşdə hesab açılmayıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Hər iki futbolçumuz meydana start heyətdə çıxıb. Saşa sonadək meydanda qalıbsa, Arif 87-ci dəqiqədə əvəzlənib. Yunisoğlu matçın 44-cü dəqiqəsində sarı vərəqə almaqla da "fərqlənib".
Qeyd edək ki, “Denizlispor” hazırda 5 xalla 17-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
8-ci tur
6 oktyabr
Denizlispor - Adanaspor - 0:0
