5 oktyabr 2013 11:15

Ruslan Abışov: Rubində öz şansımı gözləyirəm

Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışov Kazan təmsilçisinin rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, həmyerlimiz öncə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika “Sulte-Varegem”inə qarşı keçirdiyi oyundan danışıb:

- Allaha şükür ki, bu oyunda qələbə qazana bildik. Bu, komandamız üçün çox vacib idi. Gözəl qollar vurduq. Amma bu oyunu mümkün qədər tez unutmalı və “Anji” ilə görüşə hazırlaşmalıyıq. Bu oyun “Sulte-Varegem”lə görüşdən az əhəmiyyət daşımır. Qələbə qazansaq, turnir cədvəlində yuxarı qalxa bilərik. İndi çox aşağılardayıq. Bu, heç də ədalətli nəticə deyil.
 
- Siz sol cinahda çox gözəl oynadınız. Bu mövqedə çıxış etmək necə idi?
- Bəli, bu, mənim üçün o qədər də adət etmədiyim mövqedi. Bütün karyeram ərzində cəmi 3-4 dəfə sol cinahda çıxış etmişdim. Mənim üçün dayaq yarımmüdafiəçisi və mərkəz müdafiəçisi kimi oynamaq daha rahatdı. Amma bu oyunda sol cinahda oynamağım lazım gəldi. Şadam ki, komandama kömək edə bildim. Mənim üçün də ən vacib olan oynamaqdı.
 
- Oyundan sonra Kurban Berdıyev sizə nə dedi?
- O, hamıya təşəkkürünü bildirdi və “Anji” ilə görüşə köklənməyimizin lazım olduğunu bildirdi.
 
- Siz hazırda daha çox avrokuboklarda oynayırsız. Rusiya çempionatında da sabit oyun sərgiləyəcəyinizə ümidiniz var?
- Əlbəttə, Rusiya Premyer Liqasında oynamağı da çox istəyirəm. Amma bu, futboldu. Mən şansımı gözləyirəm. Əgər baş məşqçi lazım bilsə, 90 dəqiqə də oynamağa hazıram.
 
- Daim oynamadığınız halda fiziki formanızı qorumağa necə nail olursuz?
- Düzdü, oyun təcrübəsi olmadan buna nail olmaq çox çətindi. Amma bizim yaxşı fiziki hazırlıq üzrə məşqçimiz var. Biz onunla daim çalışırıq. Oynamadığıma görə çox məyus olmuram. Sadəcə, öz şansımı gözləyirəm. Əgər belə bir şans qazansam, maksimum çalışacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.