5 oktyabr 2013 12:47
Ruslan Abışov: Ryazantsevlə Rıjikovu məyus etmək istəməzdim, amma Rusiyanı məğlub etməyə çalışacağıq
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Rusiya matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Rusiya ilə oyun mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki rəqibimizin heyətində mənim “Rubin”dəki iki komanda yoldaşım – Aleksandr Ryazantsevlə Sergey Rıjikov da çıxış edir. Onlar çox yaxşı uşaqlardılar. Onlarla yaxşı münasibətlərim var. Komanda yoldaşlarımı küsdürmək istəməzdim. Amma biz Rusiyanı məğlub etmək üçün əlimizdən gələni edəcəyik. Başa düşürük ki, bu oyun ruslar üçün də çox vacib əhəmiyyət daşıyır. Lakin biz də seçmə mərhələni qələbə ilə başa vurmaq istəyirik”.