5 oktyabr 2013 13:08
Leo Baptistao azərbaycanlı azarkeşlərə müraciət etdi (VİDEO)
İspaniyanın “Atletiko” klubunun braziliyalı hücumçusu Leo Baptistao azərbaycanlı azarkeşlərə müraciət edib. Azerisport.az xəbər verir ki, o, üzərində “Land of fire Azerbaijan” reklamı olan formanı geyinməkdən qürur duyduğunu bildirib.
Qeyd edək ki, Baptistao Çempionlar Liqasının Rusiya “Zenit”i ilə ev oyununda Azərbaycan reklamı olmayan forma geyməklə yadda qalmışdı. Lakin o, bildirmişdi ki, bunu qəsdən yox, tələskənlikdən olan unutqanlıq üzündən edib.
