5 oktyabr 2013 13:50
“İtaliya Azərbaycan üçün heç də ən pis variant sayılmamalıdı”
AFFA-nın futzal üzrə kuratoru Asim Xudiyev Azərbaycan millisinin AÇ-2014-ün final mərhələsindəki rəqiblərini dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, C qrupunda İtaliya və Sloveniya ilə qarşılaşacaq millimizin şansları barədə bunları dilə gətirib:
“Yaxşı ki, bizə birinci səbətdən Rusiya və İspaniya düşmədi. Ən yaxşı variant meydan sahibi Belçika ilə düşmək idi. Amma İtaliya da pis variant deyil. İtalyanlar sonuncu Avropa Çempionatı ilə müqayisədə dəyişiblər. Sloveniya da adi rəqib sayıla bilməz. Çox güclü komanda ruhuna malikdilər. Təqvim qənaətbəxşdi. Düşünürəm ki, Azərbaycan bu qrupdan pley-offa vəsiqə qazana bilər”.