5 oktyabr 2013 14:09
Çumbinyo: Qarabağ 1-ci dövrəni əla keçirdi
“Qarabağ”ın yarımmüdafiəçisi Çumbinyonun azerisport.az saytına müsahibəsi
- “Bakı” üzərində 3:0 hesablı qələbə qazandığınız oyunla bağlı nə deyə bilərsiz?
- Çətin oyun olduğunu deyə bilərəm. Biz baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik. İlk qoldan sonra oynamaq daha rahat oldu. Ardından iki qol da vurduq. Rəqibin də qol imkanları var idi. Amma biz onlara fərqlənmək fürsəti yaratmadıq.

- Bu qələbə Ağdam klubuna ilk dövrəni lider kimi başa vurmaq imkanı yaratdı...
- Turnir cədvəlindəki indiki vəziyyət bizə gələcəyə optimist baxmağa imkan verir. Öz səhvlərimiz üzərində işləməliyik ki, onları sonrakı oyunlarda təkrarlamayaq.
- Geridə qalan 9 turu necə qiymətləndirə bilərsiz?
- İlk dövrəni əla keçirdiyimizi düşünürəm. Əlbəttə, səhvlər var idi. Amma onların təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik.
- Oyundan öncə böyük hesabla qalib gələcəyinizi gözləyirdiz?
- “Qarabağ” həmişə qələbəyə oynayıb. Bu dəfə biz “Bakı”dan daha güclü idik. Bunu vurduğumuz üç qol da göstərdi.

- Bundan öncəki dörd oyunda xal itirməyiniz nə ilə bağlıydı?
- Bizim həmin oyunlarda da çoxlu qol vurmaq imkanımız var idi. Təəssüf ki, bu şanslardan maksimum yararlana bilmirdik. Futbol belədi: həmişə öz imkanlarından maksimum yararlana bilmirsən, hərdən sənin də səhvlərin olur.

- “Qarabağ”ın braziliyalı üçlüyü Avropa Liqasında daha yaxşı çıxış edirdi, nəinki milli çempionatda. Bunun səbəbi nədi?
- Avropa Liqası artıq geridə qalıb. İndi həmin oyunlar barədə danşmaq mənasızdı.

- İstənilən halda öz çıxışınız barədə deyəcəkləriniz maraqlıdı...
- Mənə elə gəlir ki, komanda yaxşı oynayırsa, mənim də oyunum yaxşı gedir. Biz hamımız birgə qələbə qazanırıq, birgə də uduzuruq.