5 oktyabr 2013 15:10
Vüqar Nadirov: Yığmanın oyununda qol vurmağa çalışacağam
“Milli komandanın düşərgəsində mən də yer alacam. Orada gündə 2 dəfə məşqlərimizi davam etirib, yaxşı ab-havada oyunlara çıxacağıq”. Bunu azerisport.az saytına açıqlamasında yığma kollektivin və “Qarabağ”ın aparıcı futbolçusu Vüqar Nadirov deyib.
Seçməmizin dünya çempionatının təsnifat mərhələsində qrupda oktyabrın 11-də Şimali İrlandiya, 4 gün sonra Rusiya komandaları ilə matçlarına şərh verən hücum bildiirb ki, bu görüşlərə nikbin çıxacaq:
«Lüksemburqu uda bilməməyimiz, zəif olmağımıza əsas vermir. Bu, futboldu. Burada hər nəticə qeydə alına bilər. Kim fikirləşərdi ki, Portuqaliya millisi Şimali İrlandiya ilə səfər oyununda məğlubiyyətdən son anda qurtulardı? İnşallah, çalışacağıq ki, hər 2 matçda Azərbaycan xalqını sevindirək. Baş məşqçimiz şans versə, yaxşı çıxış edib qol vurmağa çalışacağam. Bunu bacarıram, axı”.
