5 oktyabr 2013 15:55
Azərbaycan dünyada 13-cü oldu
Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi yeni açıqlanan siyahıda 13-cü yerdə gedir.
Joze Alesionun yetirmələri ötən ayla müqayisədə bir pillə geriləyib. Komandamızın hesabında 1362 reytinq xalı var.
Qeyd edək ki, birinci yerdə Braziliya yığması gedir - 1982.
