5 oktyabr 2013 15:56
İtaliya millisinin baş məşqçisi: Bizə çox çətin qrup düşdü
Futzal üzrə İtaliya yığmasının baş məşqçisi Roberto Menikelli AÇ-2014-ün final mərhələsində Azərbaycan və Sloveniya ilə bir qrupa düşmələrinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bu, çox çətin qrupdu. Bizə maksimum diqqətli olmaq və bu görüşlərə yaxşı köklənmək lazım gələcək. Hazırda rəqiblərimiz barədə məlumat toplamaqla məşğuluq. Bu iki komandanın AÇ-yə birbaşa vəsiqə qazanması çox şeydən xəbər verir”.