5 oktyabr 2013 16:18
Çəlikəl: Liderliyimizi qış fasiləsinədək davam etdirəcəyik
“Qarabağ” Topaz Premyer Liqasının 9-cu turu çərivəsində öz medanında paytaxtın eyni adlı komandasını 3:0 hesabı ilə məğlub edərək, liderliyə yüksəldi. Ağdam komandasının icraçı direktoru Əmrah Çəlikəl bu mühüm qələbənin təəssüratını azerisport.az saytına müsahibəsində bölüşüb:
- Yaxşı oyun oldu. Nəticə ortadadı. Vacib qələbə qazandıq. Çıxışımızı bu tərzdə davam etdirməyə çalışacağıq.
- Hesabın belə böyük olması sizin üçün gözlənilməz alınmadı?
- Xeyr. Komandamıza hər zaman güvənirəm.
- Qarşıda yenə gərgin matçlar var. Həmin sədləri də adlaya biləcəksinizmi?
- Baş məşqçimizin öz planı var. Ona uyğun hərəkət edəcəyik. Milli komandanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində görüşləri ilə əlaqədar, futbolçularımıza 4 gün istirahət veriləcək. Sonra yenidən toplaşacağıq.
- “Qarabağ” cari mövsüm çox iddialıdı. Premyer Liqada rəqabət isə, daha gərginləşib. Qış fasiləsinə qədər yarış cədvəlində hansı yerdə qərarlaşmaq istəyirsiniz?
- İndiki liderliyimizi qış fasiləsinə qədər davam etdirəcəyik. Birinci yerdə olmalıyıq ki, daha yaxşı hazırlaşıb, növbəti mərhələdə məqsədimizə nail olaq.
