6 oktyabr 2013 21:15
Qarabağ yeni qapıçı aldı
“Qarabağ” daha bir futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, elita klubları adətən yay və qış fasilələrində oyunçu almağa üstünlük versə də, Ağdam təmsilçisi mövsümün gedişində də transfer siyasətini davam etdirməkdədi.
Belə ki, Qurban Qurbanovun komandası yeni qapıçı alıb. Bu, Bosniya və Herseqovina yığmasının sabiq qolkiperi İbrahim Şehiçdi. Bosniya mətbuatının iddiasına görə, artıq tərəflər müqavilə də imzalayıblar.
Qeyd edək ki, Şehiçin son klubu Türkiyənin PTT Birinci Liqasında mübarizə aparan “Mersin İdmanyurdu” klubu olub. Lakin o, bu komandada əsas heyətə düşməklə bağlı problemlə üzləşdiyindən mövsümün gedişində klubla yollarını ayırmağa qərar verib.
Şehiç Türkiyə klubundan azad agent kimi ayrıldığı üçün, ağdamlıların onu heyətə qatmasında problem olmayıb.
