6 oktyabr 2013 21:57
Yığmamızın futbolçusu oynadı, komandası uduzdu
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Ali Gökdemirin çıxış etdiyi "Hannover"in ikinci komandası “Noymünster"i qəbul edib.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Gökdemir 57-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, Regional Liqanın şimal zonasında çıxış edən "Hannover"in ikinci komandası 9 oyundan sonra 10 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
