7 oktyabr 2013 00:06

“Zaman keçdikcə bizdə hər şey daha yaxşı olacaq”

“Bakı”nın müdafiəçisi Georgios Pelageasın azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ”la oyunda 0:3 hesablı məğlubiyyətlə üzləşdiniz. Bu oyunla bağlı nə deyə bilərsiz?
- Birinci hissədə “Qarabağ” topa daha çox nəzarət edirdi. Onlar bizim yaratdığımız boşluqlardan yaxşı yararlandılar. Bütövlükdə, rəqib bizdən yaxşı oynadı. Birinci hissədən sonra biz artırdıq. Qol şanslarımız da oldu. Amma təəssüf ki, bu imkanlardan lazımlı şəkildə yararlana bilmədik.
 
- Sizcə, bu uğursuzluğa nə səbəb oldu?
- Böyük ölçüdə götürsək, bəxtimiz gətirmədi. Mənim fikrimcə, zaman keçdikcə bizdə hər şey daha yaxşı olacaq. Biz öz hədəflərimizə doğru tədricən irəliləyirik.
 
- “Qarabağ”la oyun “Bakı” üçün birinci dövrənin son oyunu idi. Bütövlükdə, ilk dövrədəki çıxışınızı necə qiymətləndirə bilərsiz?
- Hesab edirəm ki, biz daha çox xal toplaya bilərdik. Sərgilədiyimiz oyuna topladığımız xal azdı. Amma əminəm ki, növbəti dövrələrdə biz daha çoxuna nail olacağıq.
 
- Azərbaycan çempionatını Kipr birinciliyi ilə müqayisə edə bilərsiz?
- Kiprdə çox yaxşı komandalar var. Onlar ölkəni avrokuboklarda layiqincə təmsil edirlər. Demək olar ki, Azərbaycanda da eyni vəziyyətdi. Burda həqiqətən maraqlı çempionat keçir, yaxşı komandalar mövcuddu. Səviyyəsinə görə çempionatlar demək olar ki, eynidi. Gələcəkdə hər şeyin daha yaxşı olacağını düşünürəm.
 
- Yəqin ki, stadiona azarkeşlərin az gəlməsi sizi də məyus edir...
- Bəli, həqiqətən də oyunlara çox az azarkeş gəlir. Bizim də çox fanatımız yoxdu. Təbii ki, bu, stadiondakı atmosferə təsirsiz ötüşmür. Azarkeşsiz futbol atmosferi təsəvvür etmək çətindi.
 
- Sizcə, insanların stadionlara gəlməsi üçün nə lazımdı?
- Mən də bilmirəm. Kiprdə insanlar oyunlara gəlirlər, komandalarını stadiondan dəstəkləməyə çalışırlar. Azərbaycanda yeniyəm. Ona görə də, belə az azarkeşin səbəbi barədə konkret fikir yürütməkdə çətinlik çəkirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.