7 oktyabr 2013 00:28
“Çempionluq mübarizəsinə Neftçi və Qarabağla yanaşı Qəbələ də qoşulub”
“Qəbələ”nin yarımmüdafiəçisi Dodonun azerisport.az saytına müsahibəsi
- “Neftçi” ilə çox vacib qarşılaşmada uduzmaq üzücü olmadı ki? Özü də azarkeşlərinizin gözü qarşısında və hesabda öndə olduğunuz oyunda...
- Çox üzücüdü. Nə baş verdiyini özüm də başa düşə bilmirəm. Belə bir mühüm qarşılaşmada məğlub olmağa haqqımız yox idi.
- Niyə belə alındı ki? Axı hesabı açan tərəf siz idiniz, oyuna pis başlamamışdınız...
- Yəqin ki, uğurlu oyunumuzun sona kimi davam edəcəyini düşünüb arxayınlaşdıq. Amma biz “Neftçi”yə qarşı sona kimi mübarizə apardıq. Sadəcə, rəqib elə komandadı ki, səhvləri bağışlamır.
- Bu məğlubiyyət komandanın çıxışına mənfi təsir göstərməyəcək ki?
- Qətiyyən yox. İstənilən halda qorxulu nəsə baş verdiyini düşünmürəm. Sadəcə, bir oyunu uduzduq, çempionatı yox. Mövsümün daha böyük hissəsi qarşıdadı.
- Qətiyyən yox. İstənilən halda qorxulu nəsə baş verdiyini düşünmürəm. Sadəcə, bir oyunu uduzduq, çempionatı yox. Mövsümün daha böyük hissəsi qarşıdadı.
- Bu məğlubiyyətə baxmayaraq, birinci dövrəni “Qəbələ”nin akfivinə yazmaq olar?
- Bəlkə də. Amma yeganə məyusedici məqam ondan ibarətdi ki, biz ilk dövrəni daha yaxşı formada başa vura bilərdik. Bütövlükdə, işlərimiz pis getmir. İkinci dövrədə də uğurlu olmağa çalışacağıq. Hədəfimiz liderliyi yenidən geri qaytarmaq olacaq.

- Amma əksəriyyət bu mövsüm çempionluq mübarizəsinin “Neftçi” və “Qarabağ” arasında gedəcəyini düşünür...
- Çempionluq uğrunda yalnız bu iki klub mübarizə aparmır. Bu mübarizədə “Qəbələ” də var. Amma qızıl medalları qazanıb-qazanmamayıcığımız ayrı söhbətin mövzusudu.
- Sizcə, “Qəbələ”nin ilk dövrəni birinci yerdə bitirməsinə nə mane oldu?
- Sabitlik. Diqqət yetirsəz, görərsiz ki, beş qələbəni üç məğlubiyyət izləyir. Qələbə qazana da bilməyəndə ən azından uduzmamağı öyrənməliyik. Mümkündü ki, 10-cu turda qələbə qazansaq, yenidən liderliyə yüksələk.