6 oktyabr 2013 12:51
Flavinyo: Qonaq futbolçular Qəbələdə tez yorulurlar
“Neftçi”nin braziliyalı yarımmüdafəçisi Flavinyo Topaz Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Biz bu dəfə 2:1 hesabıyla qalib gələ bildik. Amma son iki ildə orda uduzurduq. Mənə elə gəlir ki, “Qəbələ” iddialı klubdu. Buna görə də “Neftçi”yə həmişə müqavimət göstərirlər. Digər tərəfdən Qəbələ şəhəri dəniz səviyyəsindən yüksəkdə yerləşir. Ona görə qonaq komandanın azarkeşləri burda tez yorulurlar”.
