6 oktyabr 2013 14:19
Fabio Kapellonun taleyinə Bakıdakı oyundan sonra aydınlıq gələcək
Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx yığma komandanın baş məşqçisi Fabio Kapellonun taleyindən danışıb. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanın rəqibi olan şimal qonşularımız hazırda məhz Bakıda keçiriləcək oyunu gözləyirlər.
İtaliyalı mütəxəssis seçmə mərhələnin son iki oyununda qalib gəlib, rusları DÇ-yə çıxarsa, qalmaq ehtimalı yüksəkdi. Amma əks halda istefası da istisna olunmur:
“Qoyun yığmamız son iki oyununu (Lüksemburq və Azərbaycanla səfər matçlarını nəzərdə tutur – azerisport.az) rahatca oynasın. Ondan sonra bu məsələyə baxarıq. Mən indi bu barədə çox danışmaq istəmirəm” – deyə, Tolstıx bu məsələyə münasibətini bildirib.

Qeyd edək ki, Rusiya oktyabrın 11-də Lüksemburqla, ayın 15-də isə Azərbaycanla qarşılaşmalıdı.