6 oktyabr 2013 14:53
Rəvanın yeni baş məşqçisi 2-3 günə bəlli olacaq
“Rəvan” yeni baş məşqçi axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Vladislav Qədirovla yollarını ayıran paytaxt təmsilçisi hazırda ona əvəzləyici tapmağa çalışır.
Klubdan verilən məlumata görə, rəhbərlik bir neçə məşqçi ilə danışıqlar aparır. Amma onların adları gizli saxlanılır.
Mətbuat xidmətinin məlumatına görə, yaxın iki-üç gün ərzində yeni baş məşqçinin kimliyinə aydınlıq gəlməlidi.
