7 oktyabr 2013 17:53
Rəvanın yeni baş məşqşisi Şahin Diniyev oldu
"Rəvan” Futbol Klubu baş məşqçi postuna Şahin Diniyevi təyin edib. Azerisport.az xəbər verir ki, təcrübəli çalışdırıcı ilə 2,5 illik müqavilə imzalanıb.
Başqa sözlə, Diniyev 2015/16 mövsümünün sonuna qədər "Rəvan”ın baş məşqçisi olacaq.
Artıq onun rəhbərlik edəcəyi məşqçilər korpusunun tərkibi də müəyyənləşib. Diniyevə Nazim Əliyev və Xaliq Mərdənov kömək edəcək. (klub saytı)
