7 oktyabr 2013 18:39
Bəhruz Şirəliyev: Rəvan bir neçə mütəxəssislə danışıqlar aparırdı
“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev Şahin Diniyevin baş məşqçi postuna gətirilməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bizim baş məşqçi postuna bir neçə namizədimiz var idi. Onların arasında yerli mütəxəssislər də vardı, əcnəbilər də. Məsələn, onlardan biri Praqa “Sparta”sında, “Viktoria”da çalışmış çexiyalı məşhur mütəxəssis idi. Amma biz Diniyevi seçdik. Onun rəhbərlik etdiyi məşqçilər korpusu oktyabrın 10-dan öz işinə başlayacaq”.