7 oktyabr 2013 19:02
“Biz həm Şimali İrlandiya, həm də Rusiya ilə oyunlara qələbə üçün çıxacağıq”
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi
- Siz yenidən yığmanın düşərgəsinə çağırılmısız. Şimali İrlandiya və Rusiya ilə oyunlarda meydana çıxacağınıza inanırsız?
- Çağırdıqlarına görə sağ olsunlar. Maksimum nəticəyə nail olmağımızı çox istəyirəm. Buna nail olsaq, özümüz də çox sevinərik, azarkeşlərimiz də. Əgər baş məşqçi meydana çıxmağımı lazım bilsə, bunun üçün əlimdən gələni edəcəm.

- Tofiq Bəhramov adına respublika stadionunda oynamaq daha yaxşı olmazdımı? Çünki 11 min azarkeş tutumuna malik “Bakcell Arena”dan fərqli mərkəzi arena 30 minlikdi...
- Stadion kiçik olsa da, azarkeşlər orda meydançaya daha yaxın olurlar. Onların dəstəyini daha yaxşı hiss edə bilirik. Bunun köməyi dəyəcək.
- Şimali İrlandiya ilə oyunda yığmamızın mütləq qələbə qazanmalı olduğunu düşünürlər...
- Bu oyunda qələbə qazanacağımıza bu dərəcədə inam olduğunu düşünmürəm. Amma təbii ki, biz bu oyuna müsbət nəticə qazanmaq üçün maksimum yaxşı köklənməliyik.
- Sizcə, yığmamız son iki oyunda neçə xal qazana bilər?
- Demək çətindi. İlk oyundan çox şey asılı olacaq. Əgər yığmamız şimali irlandiyalıları məğlub edə bilsə, onda bu, Rusiya ilə oyunda da ən azı bir xal qazanmağımıza kömək edər. Amma istənilən halda hər iki oyuna qələbə üçün çıxacağıq.

- “Qarabağ”ın “Bakı” ilə son oyununu necə qiymətləndirərdiniz?
- Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Dörd oyunluq qələbəsizlik seriyasının ardındaan bu oyunda qalib gəlməyi çox istəyirdik. Arzuladığımız nəticəyə nail olmağımız çox sevindiricidi.

- Bəs ondan əvvəlki oynlarda qələbə qazana bilməməyinizə nə mane olurdu?
- Oyunumuz alınırdı. Sadəcə, qol vəziyyətlərindən yaxşı yararlana bilmirdik.

- Bəlkə, AZAL ilə 5-ci turun oyunundakı məğlubiyyət komandaya pis təsir etmişdi?
- Ola bilər. Həm də Avropa Liqasından sonra komandada psixoloji yorğunluq var idi.

- Çempionatın ilk dövrəsi başa çatdı. Komandanız üçün birinci dövrəni necə qiymətləndirə bilərsiz?
- Komandamızdan razıyam. Sadəcə, müəyyən çatışmazlıqlar var ki, onları da yoluna qoymağımız lazımdı. Bütövlükdə, bizdə hər şey yaxşıdı. Çempionat da maraqlı keçir.

- “Qarabağ” yenə çempionluğa oynayır. Amma siz yenə mövsümün əvvəlində vacib xallar itirirsiz. Düşünmürsüz ki, mövsümün sonunda yenə əvvəlki illərdəki aqibətlə üzləşərsiz?
- Nə etmək olar? Təbii ki, dörd oyunda ardıcıl xal itkisi ilə üzləşməyimiz pisdi. Amma xal itirən tək biz deyilik. Rəqiblərimiz də eyni aqibətlə üzləşirlər, liderlər qrupundakı komandalar arasındakı xal fərqi də böyük deyil.