7 oktyabr 2013 20:27

Flavinyo – 9-cu turun ən yaxşı oyunçusu seçildi

Topaz Premyer Liqasında son turun rəmzi komandası və ən yaxşı oyunçusu məlum olub. Azerisport.az xəbər verir ki, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən 9-cu turun rəmzi komandasını aşağıdakı futbolçular təşkil edib:
 
Qapıçı: Dieqo Kosta (Qəbələ)
Müdafiəçilər: Ansi Aqolli (Qarabağ), Admir Teli (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Mahir Şükürov (Neftçi)
Yarımmüdafiəçilər: Flavinyo (Neftçi), Riçard Almeyda (Qarabağ), Araz Abdullayev (Neftçi), Marinaldo Silva “Çumbinyo” (Qarabağ)
Hücumçular: Junior Nildo (Xəzər Lənkəran), Nikolas Gelaşvili (Qarabağ).
 
Junior Nildo rəqib qapısına ən çox zərbə endirən, Riçard Almeyda isə komanda yoldaşlarına ən çox ötürmə verən futbolçudu. Hava mübarizələrində “Neftçi”nin müdafiəçisi Karlos Kardoso üstün olub. AZAL-ın futbolçusu Viktor İqbekoyi ən çox top itkisinə yol verən futbolçudu. Onun komanda yoldaşı Qərib İbrahimov isə tur ərzində ən çox qayda pozuntusuna yol verib – 6 dəfə.
 
Turun ən yaxşı oyunçusu isə “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyodu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.