7 oktyabr 2013 10:50
Land of fire Azerbaijan ilə ardıcıl səkkizinci qələbə (FOTOREPORTAJ)
Cari mövsüm uğurlu çıxışı ilə diqqət çəkən “Atletiko” İspaniya La Liqasında növbəti matçını keçirib. Azerissport.az xəbər verir ki, “Land of fire Azerbaijan” formalı Madrid təmsilçisi səkkizinci tur çərçivəsində öz meydanında “Selta”nı qəbul edib.
Sözügedən komanda 2:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, keçirdiyi 8 oyunun hamısında qələbə qazanan Dieqo Simeonenin komandası 24 xalla "Barselona" ilə birlikdə birinci-ikinci yerləri bölüşdürür. 8 oyundan 19 xal toplayan “Real” isə 3-cü yerdədi.
Atletiko – Selta - 2:1
Qollar: Dieqo, Kosta, 42; 61 - Nolito, 71.
