7 oktyabr 2013 11:12
Portuqaliyanın Azərbaycan ilə oyun üçün heyəti açıqlandı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də Azərbaycan yığması ilə qarşılaşacaq Portuqaliya komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, portuqaliyalılar millimizlə görüşdə bu futbolçuların xidmətindən yararlanacaqlar:
Qapıçılar: Daniyel Fernandes (“Osnabruk”, Almaniya), Joze Sa (“Maritimo”), Luis Ribeyro (“Sportinq”);
Müdafiəçilər: Joseu, Joao Amorim, Paulo Oliveyra (hamısı “Vitoriya”), Luis Martins (“Jil Visente”), Mikel Rodriqes (“Nasional”), Rafael Guerreyro (“Loriyen”, Fransa), Tiaqo İlori (“Liverpul”, İngiltərə);
Yarımmüdafiəçilər: Andre Qomes (“Benfika”), Joao Mario, Villiam (hər ikisi “Sportinq”), To Ze (“Portu”), Luis Qustavo (“Rio Ave”), Rafa (“Braqa”), Serjio Oliveyra (“Pakoş Ferreyra”), Tiaqo Silva (“Belenenseş”);
Hücumçular: Betinyo, Rikardo Esjaio (hər ikisi “Sportinq”), Bruma (“Qalatasaray”), İvan Kavaleyro (“Benfika”), Rikardo Pereyra (“Portu”).
