7 oktyabr 2013 11:23
Şimali İrlandiya yığmasına yeni futbolçu çağırıldı
Futbol üzrə Şimali İrlandiya yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Coş Meqqenis komandanın heyətindən çıxarılıb.
Onun əvəzində yığmaya “Qlazqo Reyncers”də çıxış edən Endryu Littl çağırılıb.
Qeyd edək ki, Şimali İrlandiya yığması oktyabrın 11-də Bakıda Azərbaycan millisinin qonağı olacaq.
