7 oktyabr 2013 11:55
Millinin mətbuat və azarkeşlər üçün açıq məşqləri olacaq
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə "Bakcell Arena"da qarşılaşacaq Azərbaycan milli komandası bu oyunlara hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, oktyabrın 8-də millimizin mətbuat və azarkeşlər üçün 2 açıq məşqi olacaq:
Saat 11:00. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Saat 16:15. ADBTİA-nın stadionu
Hər iki məşqdən əvvəl jurnalistlərə futbolçulardan müsahibə almaq üçün şərait yaradılacaq.
