7 oktyabr 2013 12:06
Rüfət Dadaşovun Almaniyada vurduğu son qolu (VİDEO)
Xəbər verdiyimiz kimi, Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in ikinci komandası “Ulm 1846” ilə üz-üzə gəlib. Regional Liqanın Cənub-Qərb zonasında keçirilən qarşılaşma futbolçumuzun komandasının 2:0 hesablı ev qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü 79-cu dəqiqədə meydana çıxıb. Cəmi bir dəqiqə sonra isə o, komandasının ikinci qoluna imza atıb və matçın yekun nəticəsini müəyyənləşdirib.
