8 oktyabr 2013 00:01
Sumqayıt Simurqla yoxlama oyunu keçirəcək
Son turda "İnter"lə qarşılaşmadan sonra "Sumqayıt" da istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, komanda sabah - oktyabrın 9-dan etibarən məşqlərini barpa edəcək.
Aqil Məmmədovun komandası hazırlığına yeni stadionda başlayacaq.
"Sumqayıt" fasilə ərəfəsində "Simurq"la yoxlama oyununda qüvvəsini sınayacaq. Zaqatala klubu ilə görüş oktyabrın 12-də saat 16:00-da Sumqayıtda keçiriləcək.
