8 oktyabr 2013 00:12
“Azərbaycan evdə daha maraqlı, aqressiv oyun sərgiləyir”
Futbol üzrə Rusiya yığmasının üzvü, “Rubin” klubunun futbolçusu Aleksandr Ryazantsev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyunla bağlı düşüncələrini açıqlayıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü Ruslan Abışovla eyni komandada çıxış edən rusiyalı futbolçu bunları söyləyib:
“Şübhəsiz ki, gərgin matç keçəcək. Rusiyaya səfərdə çətin olacaq. Azərbaycan evdə daha maraqlı, aqressiv futbol sərgiləyir. Rusiya yığması bu görüşdə dərhal hücum futboluna üstünlük verməli və qol vəziyyətlərindən yaxşı yararlanmalıd. Əks halda problemlə üzləşə bilərik”.
Qeyd edək ki, Azərbaycan – Rusiya matçı oktyabrın 15-də keçiriləcək.