8 oktyabr 2013 00:35
“İkinci dövrəni yaxşı keçirsək, uğurlu sonluğa ümid edə bilərik”
"İnter"in kapitanı Vaqif Cavadov Topaz Premyer Liqasında ardıcıl ikinci qələbəni şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Uğursuz start bütünn komandaya təsir etdi. Biz inanırıq ki, hələ heç nə itirilməyib. Komanda 2 qələbədən sonra tədricən özünə gəlməyə başlayıb. Milliylə əlaqədar yaranan fasilə bizə kömək olacaq. “İnter” qələbələri davam etdirməlidi. Çoxlu sayda xal itirdiyimizdən artıq limiti doldurmuşuq. Əgər özümüzə inanaraq ikinci dövrəni yaxşı keçirsək, uğurlu sonluğa ümid edə bilərik. İnter üçün hər şey hələ irəlidədi”.
