7 oktyabr 2013 12:48
Flavinyo: Neftçi ardıcıl 4-cü dəfə çempion olmaq istəyir
“Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyonun azerisport.az saytına müsahibəsi
- “Qəbələ” üzərindəki qələbənizlə (2:1) bağlı nə deyə bilərsiz?
- Son iki mövsümdə biz Qəbələdə qələbə qazana bilmirdik. Bu, mənim burda sevindiyim ilk qələbədi. Ona görə mən şəxsən bu oyunda qalib gəlməyimizi çox istəyirdim. Şadam ki, buna da nail ola bildik.
- Son iki mövsümdə biz Qəbələdə qələbə qazana bilmirdik. Bu, mənim burda sevindiyim ilk qələbədi. Ona görə mən şəxsən bu oyunda qalib gəlməyimizi çox istəyirdim. Şadam ki, buna da nail ola bildik.
- Sizin bu arzunuz yenə gözünüzdə qala bilərdi. Çünki oyunun gedişində məğlub durumda idiniz...
- Ona görə bu qələbə daha şirin oldu. Biz öz səhvimiz ucbatından qapımızda qol gördük və özümüzü çətin vəziyyətə saldıq. Amma reallığa qalsa, biz bu oyundan 3:1 hesablı qələbə ilə də ayrıla bilərdik, 2:2 hesablı heç-heçə də qeydə alına bilərdi.
- “Neftçi” niyə Qəbələdə uğur qazana bilmirdi?
- Öncə “Qəbələ”nin də iddialı klub olduğunu qeyd etməliyəm. Onlar burda “Neftçi”yə çox ciddi müqavimət göstərirlər. Digər tərəfdən Qəbələ şəhəri dəniz səviyyəsindən bir qədər yüksəkdə olduğuna görə qonaq komandanın futbolçuları burda tez yorulurlar.

- Deməli, bu qələbə yalnız turnir cədvəli baxımından önəm kəsb etmirdi?
- Bu oyunla bağlı qarşımıza müxtəlif hədəflər qoyulmuşdu. Biz nəinki neçə il idi bu komandaya səfərdə qalib gələ bilmirdik, həm də son iki oyunda 3 xal qazanammırdıq.
- Bu oyunla bağlı qarşımıza müxtəlif hədəflər qoyulmuşdu. Biz nəinki neçə il idi bu komandaya səfərdə qalib gələ bilmirdik, həm də son iki oyunda 3 xal qazanammırdıq.
- Komandanızın oyunu barədə nə deyə bilərsiz?
- Bütövlükdə bəyəndim. Baxmayaraq ki, bəzi epizodlarda zəif oynadıq.
- Bütövlükdə bəyəndim. Baxmayaraq ki, bəzi epizodlarda zəif oynadıq.
- Bu qələbə sizin turnir cədvəlində “Qəbələ”ni qabaqlamanıza yardımçı oldu...
- “Neftçi” son üç mövsümdə həmişə yüksəkdə olub. Biz sadəcə öz mövqeyimizə qayıtdıq. Sadəcə, liderliyi “Qarabağ”la bölüşürük. Bu isə müvəqqətidi. Biz hətta vahid lider olacağıq. Çünki biz ardıcıl dördüncü dəfə çempion olmaq istəyirik.