7 oktyabr 2013 12:57
İnter Gürcüstana gedir
Paytaxtın "İnter" klubu futbol üzrə Topaz Premyer Liqasında yaranan fasiləni Gürcüstanda keçirmək qərarına gəlib. Azerisport.az xəbər verir ki, bu gün Tiflisə yola düşəcək bankilər orada bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırır.
Hələlik rəqiblər məlum deyil. Qeyd edək ki, İnter son turda Sumqayıta 2:0 hesabıyla qalib gəlib.
