7 oktyabr 2013 13:43

“Qarabağın əsas hədəfi Avroliqanın qrup mərhələsində oynamaqdı”

“Qarabağ”ın yeni qapıçısı İbrahim Şehiç Ağdam klubuna keçidi barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bosniya və Herseqovina mətbuatına müsahibəsində bunları söyləyib:
 
“Mən “Qarabağ”dakı şəraiti görəndə doğrudan təəccübləndim. Burda məşq etmək üçün çox gözəl şərait mövcuddu. Şəhər özü də çox gözəldi”.

“Jelezniçar” və “Mersin İdmanyurdu”nun sabiq qolkiperi Azərbaycan Premyer Liqasına gəlməklə səhvə yol verdiyini düşünmədiyini bildirib: “Qarabağ” iddialı komandadı. Onların əsas hədəfi növbəti mövsümdə Avropa Liqasının qrup mərhələsində oynamaqdı”.
 
Şehiç eyni zamanda geriyə boylanmağın yersiz olduğunu da bəyan edib: “Artıq yeni klubum var. İndi bütün diqqətim bu komandaya yönəlib. Mənə sadəcə “Qarabağ” rəhbərliyinin etimadını doğrultmaq lazımdı”.
 
Ağdam klubunun yeni qapıçısı sonuncu komandasında – Türkiyənin “Mersin İdmanyurdu” klubunda üzləşdiyi problemə də toxunub: “Orda türkiyəli qapıçı var idi. Onu əsas heyət üzvü görürdülər. Mənim onunla heç bir problemim yox idi. Amma ehtiyatda qalmaq da istəmirdim. Yenidən Bosniya yığmasına qayıtmaq, komandamıza faydalı olmaq istəyirəm. Əminəm ki, yeni komandamda öz formamı daha da yaxşılaşdırmağa köklənə biləcəm”.
 
Qeyd edək ki, 25 yaşlı qapıçı ilk dəfə Bosniya yığmasına 2010-cu ildə çağırılıb. O, noyabrın 17-də Bratislavada Slovakiyaya qarşı görüşdə debüt edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.