7 oktyabr 2013 13:34
Subaşiçin qolu Popoviç və Ndukanı məyus etdi (VİDEO)
Xəbər verdiyimiz kimi, gutbol üzrə Türkiyə PTT Birinci Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turda Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor”la Andrey Popoviç və Usim Ndukanın komandası “Tavşanlı Linyitspor” klubları qarşılaşıblar.
"Azərbaycan derbisi"ndə gülən tərəf Subaşiçin komandası olub. Popoviç bu görüşün iştirak ərizəsinə salınmayıb. Subaşiçlə Nduka isə matça start heyətdə çıxıb və sona kimi meydanda olub. "Orduspor"a qələbə qazandıran yeganə qolu da məhz Branimir vurub.
