8 oktyabr 2013 00:20
Milli üzvləri son turda: 25 futbolçuya 5 qol!
Futbol üzrə Azərbaycan yığmasını qarşıda DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiya ilə oyunlar gözləyir. Azerisport.az xəbər verir ki, komandamızın düşərgəsinə bu oyunlarla əlaqədar 25 futbolçu dəvət olunub.
Elə isə görək bu futbolçular top qovduqları klublarda yığmaya gəlməzdən öncə hansı performansla yadda qalıblar?
Qapıçılar
Qapıçılar
“Bakı”nın qapıçısı Kamran Ağayev “Qarabağ”la qarşılaşmada 90 dəqiqə meydanda oldu. Lakin o, bu görüşdə üç cavabsız qol buraxmaqla yadda qaldı. Anar Nəzirovla (Sumqayıt) Səlahət Ağayev (İnter) də son turda 90 dəqiqə meydanda olan futbolçulardandı. Bu iki futbolçunun komandası arasındakı qarşılaşmadan “bankirlər” 2:0 hesablı qələbə ilə ayrıldılar.
Müdafiəçilər
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Bakı” ilə görüşdə 90 dəqiqə meydanda oldu, sarı vərəqə almaqla yadda qaldı. Ağdamlıların digər müdafiəçisi Maksim Medvedev də 90 dəqiqə oynadı və komandasının darmadağınla qalib gəlməsində pay sahiblərindən biri oldu. Bədavi Hüseynov isə “zolaqlılar”la görüşü ehtiyatda izlədi.
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Bakı” ilə görüşdə 90 dəqiqə meydanda oldu, sarı vərəqə almaqla yadda qaldı. Ağdamlıların digər müdafiəçisi Maksim Medvedev də 90 dəqiqə oynadı və komandasının darmadağınla qalib gəlməsində pay sahiblərindən biri oldu. Bədavi Hüseynov isə “zolaqlılar”la görüşü ehtiyatda izlədi.
“Qəbələ”nin kapitanı Vladimir Levinlə bu komandanın digər müdafiəçisi Elnur Allahverdiyev “Neftçi” ilə görüşdə 90 dəqiqə meydanda oldu. Amma komandaları meydanı 1:2 hesablı məğlubiyyətlə tərk etdilər. Paytaxt klubunun heyətində isə Mahir Şükürov sonadək meydanda olmaqla yanaşı həm də penaltidən qol vurmaqla seçildi.
“Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov “Rəvan”la qarşılaşmada 90 dəqiqə meydanda oldu. Komandası 1:1 hesablı bərabərliyə razılaşdı.
“İnter”in arxa xətt oyunçusu Ruslan Əmircanov “Sumqayıt”la oyunda 66-cı dəqiqədə meydana çıxdı.
Ufuk Budak “Əskişəhərspor”un “Beşiktaş”a uduzduğu oyunda da iştirak ərizəsinə düşə bilmədi.
Almaniya “Hannover”inin ikinci komandasında çıxış edən Əli Gökdəmir “Oldenburq”la qarşılaşmada (0:2) 90 dəqiqə meydanda oldu.
Yarımmüdafiəçilər
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev “Bakı” ilə görüşdə 90 dəqiqə meydanda oldu.
Rusiya “Rubin”ində çıxış edən Ruslan Abışov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika “Sulte-Varegem”inə qarşı forma geysə də, “Anji” ilə çempionat oyununda ehtiyatda qaldı. Avroliqa matçında komandasının 4:0 hesablı qələbəsinə sevinən futbolçumuz sona 18 dəqiqə qalmış əvəzləndi.
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov “Qəbələ” ilə görüşdə sonadək meydanda qaldı, qol vurdu. Onun komanda yoldaşı Araz Abdullayev isə 76-cı dəqiqədə əvəzləndi.
“Xəzər Lənkəran”ın orta sahə oyunçusu Rahid Əmirquliyev 90 dəqiqə meydanda oldu.
“Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynov 90 dəqiqə meydanda olsa da, komandasının darmadağından qaçmasına kömək edə bilmədi. Onun komanda yoldaşı Əfran İsmayılov isə bu görüşdə 60 dəqiqə keçirdi.
Hücumçular
“İnter”in forvardı Vaqif Cavadov “Sumqayıt”la görüşdə qol vurdu. Lakin o, 88-ci dəqiqədə əvəzləndi.
“Qarabağ”ın hücumçusu Vüqar Nadirov “Bakı”nın qapısına yol tapan futbolçulardan biri oldu və 77-ci dəqiqədə əvəzləndi. “Bakı”nın üzvü Rauf Əliyev isə 90 dəqiqə ərzində qol vura bilmədi.
“Sivasspor”da çıxış edən Cihan Özkara Türkiyə çempionatının son turunda “Gənclərbirliyi” ilə oyunun iştirakçısı oldu. Cəmi 13 dəqiqə meydanda olan hücumçumuz komandasının 2:0 hesablı qələbəsinə sevindi.
Almaniya “Kayserslautern”ində çıxış edən Rüfət Dadaşov isə “Ulm 1846” ilə qarşılaşmada sona 10 dəqiqə qalmış meydana çıxsa da, cəmi bir dəqiqə sonra qolla yadda qaldı və yekun nəticəni müəyyənləşdirdi – 2:0.
Almaniya “Kayserslautern”ində çıxış edən Rüfət Dadaşov isə “Ulm 1846” ilə qarşılaşmada sona 10 dəqiqə qalmış meydana çıxsa da, cəmi bir dəqiqə sonra qolla yadda qaldı və yekun nəticəni müəyyənləşdirdi – 2:0.
