8 oktyabr 2013 01:03
Azərbaycan Slovakiya və İsrail ilə qarşılaşacaq
15 yaşadək qızlardan ibarət Azərbaycan yığması (1999-cu il təvəllüdlü) 2013-cü il oktyabrın 14-dən 16-a qədər İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-gərargahının ərazisində yerləşən stadionda rəsmi oyunlar keçirəcək. Azerisport.az xəbər verir ki, bu qarşılaşmalar 2014-cü il avqustun 16-dan 28-dək keçiriləcək Yeniyetmələr arasında Olimpiya oyunlarına seçmə xarakter daşıyacaq.
Seçmə mərhələdə Avropa zonasından 4 ölkə mübarizə aparacaq və yalnız mini-turnirin qalibi Olimpiya oyunlarına vəsiqə qazanacaq. Bu komandalar UEFA tərəfindən “Fair-Play” reytinqinə görə əsasən seçilib. Bu, 3 ay öncə yaradılmış U-15 qızlar yığmamızın ilk rəsmi oyunları olacaq.
Təqvimi nəzərinizə çatdırırıq:
14.10.2013. 1/2 final
15:00. Azərbaycan - İsrail
18:00. Slovakiya - Rumıniya
16.10.2013
15:00. 3-cü yer uğrunda oyun
18:00. Final
Qeyd: Oyunlar Bakı vaxtı ilə göstərilib.
