7 oktyabr 2013 15:08
Altı klub ölkə kubokunda iştirakdan imtina etdi
Oktyabrın 8-cə futbol üzrə Azərbaycan Kubokunun yeni mövsümünün püşkü atılacaq. Azerisport.az xəbər verir ki, yeni mövsümdə 20 klub bu turnirdə qüvvəsini sınamağa hazırlaşır.
Bunlar “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “İnter”, “Simurq”, “Qəbələ”, “Bakı”, AZAL, “Rəvan”, “Sumqayıt”, “Qaradağ-Lökbatan”, “Araz Naxçıvan”, “Neftçala”, “Ağsu”, MOİK, “Şuşa”, “Lokomotiv”, “Kəpəz”, “Şahdağ” və “Mil-Muğan”dı.
Birinci Divizionda mübarizə aparan klublardan “Turan-T”, “Bakılı”, “Göyəzən”, “Energetik”, həmçinin “Şəmkir”lə “Karvan” kubokda iştirakdan imtina ediblər.
