7 oktyabr 2013 16:55
Ağasəlim Mircavadov: Meydana qələbə üçün çıxacağıq
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov Azərbaycan və Rusiyanın veteran futbolçuları arasında keçiriləcək yoldaşlıq görüşü ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Azərbaycan və Rusiya veteranları həmişə əsas heyətlə təmsil olunurlar. Belə görüşlər keçmiş futbolçulara özlərini göstərmək imkanı yaradır. Əlbəttə, həm bu, həm də digər komanda özünü göstərmək üçün meydana çıxacaq. Əsas diqqətlər təbii ki, yığma komandalarımızın oyunlarına yönələcək. Amma bizim üçün də veteranların oyununda nəticə vacibdi. Bu üzdən də meydana qələbə üçün çıxacağıq”.