7 oktyabr 2013 17:19
Qarabağ sabah başlayır
“Qarabağ” məşqlərə başlayır. Azerisport.az xəbər verir ki, Premyer Liqanın ilk dövrəsinin son turunda “Bakı”yla baş tutan qarşılaşmadan sonra komandanın baş məşqçisi Qurban Qurbanov milli oyunlarla əlaqədar yaranmış fasiləyə görə futbolçulara 3 günlük istirahət imkanı yaratmışdı.
Belədə komanda sabah yenidən yığışaraq məşqlərə başlayacaq. Qeyd edək ki, əsas millimizə 5, Albaniyaya 2, Gürcüstan millisinə 1 futbolçu göndərən komandada digər legionerlər bu gecə komandaya qoşulacaq.
Qeyd edək ki, “Qarabağ” oktyabrın 20-də baş tutacaq X turda “Sumqayıt”ın qonağı olacaq.
