8 oktyabr 2013 17:54

“Azərbaycana qalib gələ bilməsək, futbol oynamağa davam etməyin mənası yoxdu”

Futbol üzrə Şimali İrlandiya yığmasının və İngilərənin “Haddersfild Taun” klubunun yarımmüdafiəçisi Oliver Norvud DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində öncə bunları söyləyib:

“Bizim azarkeşlərimiz qarşısında borcumuz var. Lüksemburqla görüşdən sonra onlar bizim ünvanımıza bir sıra kəskin ifadələr işlətdilər. Biz indi komanda olaraq bu vəziyyəti düzəltməliyik. Əgər qarşıdakı oyunlarda altı xal qazana bilsək, münaqişə öz həllini tapar. Ancaq buna nail olmaq çox çətin olacaq. İstənilən halda Azərbaycan və İsrailə səfərdə qalib gələcəyimizə inanmağımız lazımdı. Əks halda futbol oynamağın mənası yoxdu”.
 
22 yaşlı futbolçu son oyunlarını xatırlayıb və Bakıdakı oyunda uğur qazanacaq gücdə olduqlarını vurğulayıb: “Maykl O`Nilin öz oyun üslubu var. Bu oyunla Rusiyanı məğlub edə bilsək də, Portuqaliyaya uduzduq. Amma azlıqda qalmasaydıq, həmin oyunda da xal qazana bilərdik. Lüksemburqla oyunda isə böyük məyusluq yaşadıq. İstənilən halda biz öz oyunumzla Rusiya, Portuqaliya kimi komandalarla mübarizə aparmağa qadir olduğumuzu göstərə bilmişik. Komandamız gənc və təcrübəli futbolçuların sintezindən formalaşıb. Bu, qarşıdakı oyunlarda lehimizə işləyə bilər”,
 
Yarımmüdafiəçi yığmamıza qarşı oynamağa hazır olduğunu söyləyib: “Baş məşqçi mənə inanır və güvənir. O, hətta ən vacib görüşlərdə də məni meydana buaxır. İndi isə Azərbaycan və İsraillə görüşlərə dəvət olunmuşam. Ümid edirəm ki, o, bu oyunlarda mənə də güvənəcək. Baş məşqçi yığmada çox yaxşı işlər görür”.
 
O, uzaq yolçuluğun komandaya təsir etməyəcəyini də sözlərinə əlavə edib: “Buna görə şikayətlənə bilmərik. Bu, futbolun ayrılmaz bir hissəsidi. Biz öncə Azərbaycana, daha sonra isə İsrailə gedib sonadək mübarizə aparmağa hazır olmalıyıq”.
 
Norvud onu da bildirib ki, Azərbaycanla Bakıdakı oyun Belfastdakından fərqlənəcək: “Bu, tamamilə fərqli təcrübə olacaq. Necə də olsa, səfər oyunlarındakı atmosfer evdə alışdığımızdan fərqli olur. Hər halda, maraqlı olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.