8 oktyabr 2013 18:25
Vidadi Rzayev: Neftçiyə qarşı maksimum güc sərf etməyə çalışacağıq
“Kəpəz”in baş məşqçisi Vidadi Rzayev Azərbaycan Kubokunda 1/8 final mərhələsində “Neftçi”yə rəqib olmalarına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Neftçi” Azərbaycan çempionudu. Hazırda ən güclü klublardan biridi. “Kəpəz” üçün “Neftçi”yə qarşı mübarizə aparmaq çətin olacaq. İnanıram ki, həmin oyuna qədər yaxşı formada olarıq. Sözsüz ki, bizim gənclər üçün bu oyun stimul olacaq. Çalışacağıq ki, 1/4 finala vəsiqə qazanaq. Hər bir oyunda şans var. Sadəcə o şansdan istifadə etmək lazımdı. “Neftçi”ylə oyunda maksimum güc sərf etməyə çalışacağıq”.
