8 oktyabr 2013 11:07
Xəzər Lənkəran ilk dövrənin lideri oldu
Topaz Premyer Liqasının birinci dövrəsinin oyunlarını 81 min 850 tamaşaçı izləyib. Azerisport.az xəbər verir ki, ötən 9 turun 45 oyununda orta tamaşaçı sayı 1819-a bərabər olub.
Bunun yarıdan çoxu ev oyunlarında ən çox tamaşaçı toplayan 2 klubun hesabındadı. “Xəzər Lənkəran” ən yaxın izləyicisi “Sumqayıt”ı da tamaşaçı sayında 2 dəfədən çox qabaqlayaraq neçə illərdir lideri olduğu göstəricidə yenə öndədi. 2-ci olan “gənclik şəhəri” təmsilçisi də öz növbəsində 3-cü yerdən 2 dəfədən çox üstünlük əldə edib. Bu mövqedə isə “Neftçi” qərarlaşıb. Ən az tamaşaçı toplayan isə “İnter”di. Onlar “Rəvan”dan az geri qalır.
|
yer
|
klub
|
oyun
|
tamaşaçı sayı
|
orta say
|
|
1
|
Xəzər Lənkəran
|
4
|
30600
|
7650
|
|
2
|
Sumqayıt
|
4
|
13000
|
3250
|
|
3
|
Neftçi
|
5
|
8300
|
1660
|
|
4
|
Qəbələ
|
5
|
7300
|
1460
|
|
5
|
Qarabağ
|
5
|
6850
|
1370
|
|
6
|
AZAL
|
5
|
6200
|
1240
|
|
7
|
Bakı
|
4
|
3500
|
875
|
|
8
|
Simurq
|
4
|
1900
|
475
|
|
9
|
Rəvan
|
5
|
2350
|
470
|
|
10
|
İnter
|
4
|
1850
|
463
|
|
Cəmi:
|
45
|
81850
|
1819
|
|
Çempionatın 3 ən az tamaşaçı toplayan oyunu autsayderlərin səfər matçları olub. Qəbələdə keçirilən “Simurq” – “Sumqayıt” və “Simurq” – “Rəvan” oyunlarının hərəsində 150, AZAL – “Sumqayıt” matçında isə 200 tamaşaçı qeydə alınıb.
I dövrənin ən çox tamaşaçı toplayan 4 oyununun hamısı isə Lənkəranda baş tutub. “Xəzər Lənkəran”ın “Neftçi” ilə oyununu 10000, “Bakı” ilə qarşılaşmasını 7100, “Simurq”la görüşünü 7000, “İnter”lə matçını isə 6500 izləyici seyr edib.
9 tur üzrə tamaşaçı sayına gəlincə isə 4-cü tur rekordla əlamətdar olub – 13 min 450. Ümumilikdə 9 turun 5-də 10 min tamaşaçı səddi keçilib. Mövsümün antirekordu isə 7-ci tura təsadüf edib – 5 min 400.
|
tur
|
oyun
|
tamaşaçı sayı
|
orta say
|
|
1
|
5
|
8500
|
1700
|
|
2
|
5
|
10600
|
2120
|
|
3
|
5
|
11100
|
2220
|
|
4
|
5
|
13450
|
2690
|
|
5
|
5
|
6000
|
1200
|
|
6
|
5
|
10550
|
2110
|
|
7
|
5
|
5450
|
1090
|
|
8
|
5
|
10400
|
2080
|
|
9
|
5
|
5800
|
1160
|
Topaz Premyer Liqasının 10 komandası 9 turda 10 stadionda oyunlarını keçirib. “Bakcell arena”da daha çox – 8 matç baş tutub. Qəbələ şəhər stadionunda isə 7 görüş təşkil olunub. Ən çox tamaşaçı gələn arena isə Lənkəran şəhər stadionudur. Bu göstəricidə 2-ci Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionudur.
|
yer
|
stadion
|
oyun
|
tamaşaçı
|
orta
|
|
1
|
Lənkəran şəhər stadionu
|
4
|
30600
|
7650
|
|
2
|
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
|
4
|
13000
|
3250
|
|
3
|
Bakcell Arena
|
8
|
13800
|
1725
|
|
4
|
AZAL Arena
|
5
|
6200
|
1240
|
|
5
|
Qəbələ şəhər stadionu
|
7
|
7600
|
1086
|
|
6
|
Tofiq Bəhramov adına Respublika stadionu
|
1
|
1000
|
1000
|
|
7
|
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
|
4
|
3500
|
875
|
|
8
|
Şəfa
|
6
|
3450
|
575
|
|
9
|
Bayıl Arena
|
5
|
2350
|
470
|
|
10
|
Dalğa Arena
|
1
|
350
|
350
|
Müqayisə üçün ötən mövsümün ilk dövrəsində və yekununda olan tamaşaçı sayını xatırladaq. Nəticəsi ləğv olunan matç nəzərə alınmamaqla ötən çempionatın 191 qarşılaşmasını 328 min 937 tamaşaçı izləmişdi. Orta məhsuldarlığın 1722-yə bərabər olduğunu nəzərə alsaq, cari mövsüm irəliləyişin olduğu diqqət çəkir.
