8 oktyabr 2013 12:21
Rüfət Dadaşov: Məqsədimiz 6 xal toplamaqdı
Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın “Kayserslautern” klubunun hücumçusu Rüfət Dadaşovun azerisport.az saytna müsahibəsi
- Şimali İrlandiya və Rusiya ilə oyunlara hazırlıq necə gedir?
- Hər şey yaxşıdı. Komandada əla əhval-ruhiyyə var. Məşqlərdən də tam razıyıq. Başa düşürük ki, qarşıdakı oyun çox çətin olacaq. Çünki Şimali İrlandiya çox aqressiv futbol sərgiləyir.

- “Kayserslautern”in ikini komandasında qol vurdunuz. Bu, yaxşı forma yığmanızdan xəbər verir?
- Son aylarda həqiqətən yaxşı forma toplamışam. Amma qolu kimin vurmasının önəmi yoxdu. İstər klubda olsun, istərsə də yığmada. Əsas komandanın qələbə qazanmasıdı.

- Son qolunuzu meydana çıxandan cəmi bir dəqiqə sonra vurdunuz. Bu, necə alındı?
- Mən oyuna daxil olan kimi künc zərbəsi qazandıq. Top qarşıma düşdü və şansımı qaçırmadım. Çox şadam ki, qol vura bildim.

- Sizin üçün şimali irlandiyalılarla oyun daha vacibdi, yoxa ruslarla?
- Ən vacib oyun növbəti qarşılaşmadı. Həm Şimali İrlandiya, həm də Rusiya ilə görüşdə üç xal üçün meydana çıxacağıq. Maksimum xal toplamağı çox istəyirik. Amm ruslarla görüş haqda Şimali İrlandiya ilə oyundan sonra düşünəcəyik.

- Malta ilə görüşdə olduğu kimi, yenidən Rauf Əliyevlə hücum tandemi təşkil etmək istərdinz?
- Bizdə həqiqətən yaxşı tandem alınır. Bir-birimizi yaxşı başa düşürük. Meydanda da, ondan kənarda da çox yaxşı münasibətlərimiz var. Baş məşqçinin yenə bizə güvənməsi pis olmazdı.

- İngiltərə Premyer Liqasında çıxış edən müdafiəçilərə qarşı oynamaq çətin olmayacaq?
- Çox çətin olacaq. Nəinki İngiltərədə, bütün Britaniyada çox aqressiv futbola üstünlük verilir. Amma biz onlardan qorxmuruq.