8 oktyabr 2013 12:14
Mahir Şükürov: Şimali İrlandiya üzərində qələbə qazanacaq gücdəyik
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiyaya qarşı keçiriləcək oyunlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Biz bu oyuna ciddi hazırlaşırıq. Komandamızı bu tsikldə son iki çox çətin oyun gözləyir. Şimali İrlandiya Rusiyaya öz meydanında qalib gəlib. Amma biz bu komandanı məğlub edəcək gücdəyik. Mən buna inanıram. Rusiya ilə görüşə gəlincə, onları da büdrədə, ciddi komanda olduğumuzu sübut edə bilərik”.