9 oktyabr 2013 00:15
“Super Kubok ənənəsinin bərpa olunması müsbət haldı”
Millinin məşqçisi Nazim Süleymanov Azərbaycan Super Kuboku uğrunda matçın Naxçıvanda keçirilməsini yüksək qiymətləndirib. Azerisport.az saytına açıqlamasında açıqlamasında o, bunları söyləyib:
"Bİz uzun müddətdi Super Kubok oyunun keçirilməsini gözləyirik. Naxçıvanda “Araz” komandası bərpa olundu. Bu şəhərdə də futbolun inkişafı üçün işlər görülür. Əlbəttə, Super Kubok Naxçıvanda futbolun inkişafına dəstək olacaq. Üstəlik neytral meydandı. Həm “Neftçi”, həm “Xəzər Lənkəran” yalnız oyun haqda düşünməli olacaq. Kim güclüdüsə, o da qalib gəlməlidi. Bizləri futbol bayramı gözləyir. Ona görə hər iki komandaya uğur arzulayıram. İstərdik, azarkeşlər əsl futbol bayramı yaşasın. Super Kubok ənənəsinin bərpa olunması müsbət haldı”.
