8 oktyabr 2013 12:37
Əfran İsmayılov: İtiriləsi heç nəyimiz yoxdu
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiyaya qarşı keçiriləcək oyunlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Şimali İrlandiya ilə səfərdəki heç-heçə heç kimi aldatmasın. Bizə bu komanda ilə ev oyununda çox çətin olacaq. Çoxlu xallar itirmişik. Bu üzdən ev oyununa qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Artıq itiriləsi heç nəyimiz yoxdu”.
