8 oktyabr 2013 12:44
Peşəkar Futbol Liqası Azərbaycan Super Kuboku uğrunda matçın vaxtını açıqladı
Azərbaycan Super Kubokunun keçirilmə yeri və tarixi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının son qalibi “Neftçi” ilə Azərbaycan kubokunun finalçısı “Xəzər Lənkəran” 23 oktyabr tarixində Naxçıvan şəhərində baş tutacaq Superkubok oyununda qarşılaşacaqlar.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan Superkuboku uğrunda oyun 1995-ci ildə “Turan” və “Neftçi” komandaları arasında keçirilib.
