8 oktyabr 2013 13:45
Berti Foqtsun mətbuat konfransı keçiriləcək
Oktyabrın 10-da, saat 12:00-da, “Sheraton Baku Airport Hotel”də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında keçiriləcək oyuna həsr olunmuş mətbuat konfransı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda qeyd olunur ki, mətbuat konfransında iştirak edəcək KİV nümayəndələri üçün ayrılmış avtomobil saat 11:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.
