8 oktyabr 2013 14:20

Mahir Şükürov: Rusiya ilə 4 il əvvəlki heç-heçənin təsadüfi olmadığını isbatlamalıyıq

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsi
 
- Məşqin əvvəlində bütün komanda üzvləri nəyisə alqışlayırdı. Bunun səbəbi nə idi?
- Bu gün Rəşad Sadıqovla Əfran İsmayılovun ad günüdü.
 
- Artıq üç gündü yığmamız qarşıdakı oyunlara hazırlaşır. Məşqlər necə gedir?
- Son turun səhəri günündən toplaşdıq. Ciddi şəkildə hazırlıq gedir. Başa düşürük ki, bizi çox vacib iki oyun gözləyir. Ona görə də məşqlərdə maksimum güclə çalışırıq ki, oyunlarda işimiz asan olsun.
 
- Şimali İrlandiya son iki oyunda məğlub etməyimiz daha real görünən rəqib hesab olunur. Bununla razısız?
- Hardasa hə, Amma buna baxmayaraq, Şimali İrlandiya da güclü komandadı. Onların elə bu yaxınlarda Rusiyanı məğlub etməsi də çox şeydən xəbər verir. Rusiya barədə danışmağa isə ehtiyac da yoxdu. Hamı başa düşür ki, necə güclü komandadı. Şimali İrlandiya ruslara qalib gəlsə də, səfərdə də Lüksemburqa uduzdu. Deməli, bunu biz də bacara bilərik. Əgər qalib gələ bilməsək, tsiklin sonuna kimi axırıncı pillədə qalacağıq.
 
- Rəqib cinahdan hücum etməyi sevir. Yəqin ki, cinah oyunçusu kimi sizin də işiniz çox olacaq...
- Prinsipcə, hər oyunda eyni çətinliklərlə üzləşirik. Fikrimcə, onların da oyunçuları ilə bacara biləcəm.
 
- Bəs ruslarla oyunda nəyə ümid edə bilərik?
- Bakıda onları da dayandıra bilərik. Ən azından onu isbatlamaq lazımdı ki, 4 il əvvəlki heç-heçə (1:1) təsadüfi deyildi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.